Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı – doqquz nəfər öldü

18:20 05-07-2020 340

Azərbaycanda daha 523 nəfərin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edilib ki, koronavirusa yoluxmuş şəxslərdən 451 nəfəri müalicə olunaraq sağalıb və evə buraxılıb

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.