Şirvanda dördüncü mərtəbədən yıxılan 40 yaşlı sərxoş kişi öldü

23:00 05-07-2020 310

Şirvanda sərxoş şəxs 4-cü mərtəbədən yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 17-də baş verib.

Sərxoş vəziyyətdə olan Şirvan sakini, 1980-ci il təvəllüdlü Məmmədov Rüstəm Eldar oğlu 4-cü mərtəbədən yıxılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, ölüb.

Faktla bağlı araşdırma aparılır.