“Zenit” Rusiya çempionu oldu

00:40 06-07-2020 428

Rusiya Premyer Liqasında 2019/20 mövsümünün qalibi bəlli olub.

HerGun.Az xəbər verir ki, çempion “Zenit” olub.

Belə ki, çempionatın XXVI turunda “Krasnodar” üzərində səfər qələbəsi qazanan (4:2) Sankt-Peterburq təmsilçisi çempionluğunu rəsmiləşdirib.

Sona dörd tur qalmış ən yaxın izləyicisi “Lokomotiv”i 13 xal qabaqlayan “Zenit” ardıcıl ikinci, ümumilikdə isə 6-cı dəfə qızıl medalları təmin edib.

“Zenit” buna qədər 2007, 2010, 2011/12, 2014/15 və 2018/19 mövsümlərində də ölkə çempionu olub.

Rusiyanın ən titullu klubu ilə “Spartak”dır. Onların aktivində isə 10 çempionluq var.