“Bəhram Bağırzadə süni tənəffüs aparatından ayrıla bilər” - AÇIQLAMA

13:00 06-07-2020 1093

“Bəhram Bağırzadə bu həftəsonu süni tənəffüs aparatından ayrıla bilər”.

Bunu HerGun.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, Bəhram Bağırzadənin vəziyyətinki müsbət dinamika davam edir:

“İntensiv müalicə ilə birlikdə reabilitasiya prosedurları da aparılır. Ümidvarıq ki, bu həftənin sonuna qədər süni tənəffüs aparatından tam ayrıla biləcək”.

Həkim onu da əlavə edib ki, Bəhram Bağırzadə ilə birlikdə intensiv müalicəsi aparılan digər xəstələrin də səhhətində müsbət dinamika var.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Könül Cəfərli