“Aysberq” hoteli karantin qaydalarını pozub? - RƏSMİ + FOTO

13:40 06-07-2020 302

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” hotelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan görüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. 

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan hotelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman zalı, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub.

Qeyd edilib ki, həmin fotoşəkil 2017-ci ildə çəkilib.