Con Bolton: ABŞ Qarabağ münaqişəsinin həllində kömək etməyə hazırdı

04:09 19-06-2019 758

ABŞ Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan və Ermənistan arasında olan dialoqu dəstəkləməkdə davam edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

“Azərbaycan və Ermənistan XİN başçıları ilə bu həftə keçiriləcək görüşü gözləyirəm. Onları aralarında davam edən dialoqa həvəsləndirmək istəyirəm”, deyə, C.Bolton bildirib.

Onun sözlərinə görə, ABŞ regionda sülhün bərqərar olunması üçün kömək etməyə hazırdı.

Daha əvvəl xəbər olunub ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanlı kolleqası Zöhrab Mnatsakanyanla görüş üçün Vaşinqtona yola düşüb.