Bakıda yeniyetmə mağazadan iki min manatlıq oğurluq etdi

13:20 07-07-2020 386

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat pul və 1 700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan bir yeniyetmə və S.Nağıyev adlı şəxs saxlanılıb.