Ardanın üç milyonluq yaxtada yay keyfi - FOTO

16:27 19-07-2019 795

Türkiyənin məşhur futbolçusu Arda Turanın ötən il üç milyon lirəyə satın aldığı yaxtanın daxili dizaynı və əşyaları görənləri təəccübləndirib.

HerGun.Az xəbər verir ki, beş ulduzlu hotel səviyyəsində komforta malik dəbdəbəli yaxtanın üç böyük otağı var.

Otaqlar altı nəfər üçün nəzərdə tutulub. Yaxtanın uzunluğu 24 metr təşkil edir. 

Futbolçu karyerasına Başakşəhərdə davam edən Arda Turan arvadı Aslıhan Doğan Turan və ötən il dünyaya gələn övladı Hamza Arda ilə bərabər lüks yaxtada yay tətillərini keçirirlər.

Qeyd edək ki, gənc ailə tez-tez yaxtada kameralara tuş gəlirlər.

Rəşad Əliyev