“Real” Mbappeni pulsuz transfer etmək istəyir

17:00 07-07-2020 458

Madridin “Real” futbol klubu PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz əldə etmək istəyir.

Bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Fransalı ulduzun ispan klubuna azad agent statusunda keçməsi gözlənilir. 2022-ci ilin yayında “Real”a transfer olunacağı halda, futbolçuya imza üçün 100 milyon avro bonus veriləcək.

Xatırladaq ki, cari mövsümdə Mbappe 33 qarşılaşmada 30 qol vurub.