İnam Kərimovdan yeni təyinat

21:20 07-07-2020 396

Elton Əbdurəhmanov Respublika Süni Mayalanma Mərkəzinin direktoru təyin edilib.

“Report”un məlumatına görə, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov əmr imzalayıb.

Qeyd edək ki, E.Əbdurəhmanov bundan öncə Dövlət Taxıl Fondunun sədr müavini vəzifəsində çalışıb.