Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO

07:00 08-07-2020 471

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun sevgilisi, tanınmış model Corcina Rodriges “Instagram” səhifəsində çimərlik geyimində şəklini paylaşıb.

Sports.ru xəbər verir ki, portuqaliyalı hücumçu fotoya “Dünyanın ən gözəl qadını” şərhini yazıb.

Qeyd edək ki, dünya şöhrətli 35 yaşlı portuqaliyalı futbolçu K.Ronaldu Corcina Rodrigeslə 2016-cı ildən sevgilidir. Cütlüyün Kriştianu Cunior, Eva, Mateo və Alana adlı övladları var.