Salyanda ikimərtəbəli evdə yanğın olub

01:00 10-07-2020 404

Salyan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 128 kvm olan ikimərtəbəli evin yanar konstruksiyaları 48 kvm sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.