Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır

18:00 19-07-2019 702

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.