“Mançester Yunayted” böyük hesabla qalib gəldi - FOTO

02:40 10-07-2020 445

İngiltərə Premyer Liqasında 34-cü tur çərçivəsində növbəti matçlar keçirilib.

“Everton” – “Sauthempton” qarşılaşması 1:1-lik heç-heçə ilə yekunlaşıb. 

“Tottenhem”lə “Bornmut” arasında isə qolsuz bərabərlik qeydə alınıb. 

“Mançester Yunayted” növbəti əzmkar qələbəsini qazanıb. “Qırmızı şeytanlar” rəqib meydanında “Aston Villa”nı böyük hesabla məğlub ediblər - 0:3. “Mançester Yunayted” yeganə klubdur ki, son üç turda üç qol fərqli hesablarla qalib gəlir.