Azərbaycanlı, rus və koreyalının Qırmızı meydanda sümüyə düşən rəqsi - VİDEO

05:00 10-07-2020 526

Moskvadakı Qırmızı meydanda lentə alınan rəqs videosu internetdə böyük marağa səbəb olub.

Vm.ru xəbər verir ki, “Instagram”da yayılan videoda üç gəncin rus xalq musiqisinin sədaları altında rəqs etdiyi əks olunub.

Video bir sutka ərzində 2,8 milyon izlənmə sayı toplayıb.

Videoya yazılan şərhdə rəqsin Rusiya, Koreya və Azərbaycan xalqlarının nümayəndələri tərəfindən ifa edildiyi qeyd olunub.