Dostları ilə mərc edib, hündür qayadan dənizə tullandı və öldü – ANBAAN VİDEO

07:40 10-07-2020 541

Türkiyənin Antalya şəhərində 40 metr hündürlükdə qayadan dənizə tullanan gənc həlak olub.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, rusiyalı turist dostları ilə mərc edərək, hündür qayadan dənizə tullanacağını bildirib.

Ətrafdakılar onun riskli hərəkətini mobil telefona çəkiblər.

Turistin suyun üzərinə çıxmadığını müşayiət edən insanlar xilasetmə xidmətini və dəniz polisini köməyə çağırıblar. Bir müddətdən sonra ekstrim həvəskarının cəsədi sudan çıxarılıb.