DÇ-2022-nin seçmə mərhələsi təxirə salındı

02:00 11-07-2020 413

DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin startı koronavirus pandemiyasının yaratdığı təqvim sıxlığı səbəbindən təxirə salınıb.

FİFA sentyabrda başlaması planlaşdırılan ilk oyunları oktyabra təyin edib.

Ali futbol qurumu Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və üzv assosiasiyalarla məsləhətləşmələrdən sonra bu qərara gəlib.

Həmçinin bildirilir ki, CONMEBOL matçların 2022-ci ilin martına qədər başa çatması üçün FİFA-dan 2022-ci ilin yanvarında beynəlxalq oyunların pəncərəsini təqvimə əlavə etməsini istəyib.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi 21 noyabr - 18 dekabr 2022-ci il tarixində Qətərdə keçiriləcək.