Təcavüzə uğrayan və öldürülən səkkiz yaşlı qızın son görüntüləri - VİDEO

05:20 11-07-2020 517

Rəfiqəsigilə qonaq gedən səkkiz yaşlı qız təcavüzə uğradıqdan sonra öldürülüb.

360 TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Saxalin vilayətində baş verib.

Baş verənlərlə əlaqədar iki nəfər saxlanılıb. Onlardan biri 1971-ci il təvəllüdlü kişi, digəri isə 1988-ci il təvəllüdlü qadındır.

İstintaqa verdiyi ifadəsində qadın bildirib ki, əri ilə gedərkən yolda qızı görüblər. Maşını saxlayıb onu aparmağı təklif ediblər. Uşaq razılaşıb. Kişi elə maşındaca ona təcavüz edib, sonra isə boğaraq öldürüb.

Qadın ərinə mane ola bilmədiyini iddia edib.

Uşaq öldükdən sonra isə onu meşəyə atmağı təklif edib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.