Bakıda yaşayış binasında yanğın olub

01:00 12-07-2020 437

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan eyvanın plastikdən ibarət pəncərə çərçivəsi 6 m2 sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.