Tramp Rusiya agentliyinə kiberhücuma icazə verdiyini etiraf etdi

02:00 12-07-2020 406

ABŞ Prezidenti Donald Tramp “Washington Post” qəzetinin müəllifi Mark Tissenə verdiyi müsahibə zamanı 2018-ci ildə Rusiyanın İnternet Araşdırmaları Agentliyinə kiberhücuma icazə verdiyini etiraf edib.

Bu barədə Gazeta.ru yazıb

“Bu həftə mənimlə Oval kabinetdə müsahibə zamanı Tramp etiraf edib ki, Rusiyanın İnternet Araşdırmaları Agentliyinə gizli kiberhücuma icazə verib”, - deyə M.Tissen yazıb.