Səudiyyə Ərəbistanında futbolçular arasında koronavirusa kütləvi yoluxma aşkarlandı
04:00 12-07-2020 390
Səudiyyə Ərəbistanınında futbolçular arasında kütləvi yoluxma aşkarlanıb.
TASS-ın məlumatına görə, bu ölkənin iki liqasında 75 futbolçu koronavirusa yoluxub.
Bildirilir ki, Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə COVID-19 testinin cavabları müsbət çıxıb. Birinci Liqada isə 25 futbolçu koronavirus yoluxucusudur.
Qeyd edək ki, pandemiyaya görə yarımçıq qalmış Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunub, sentyabrın 9-da yekunlaşmalıdır.