İlon Mask daha bir neçə milyarderi geridə qoydu

04:20 12-07-2020 338

“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Mask sərvətinin həcminə görə bir neçə milyarderi geridə qoyub.

Bu barədə “RİA Novosti” “Bloomberg Billionaires Index” reytinqinə əsasən məlumat yayıb.

49 yaşlı biznesmenin sərvəti 6.1 milyard dollar artaraq, 70.5 milyard dollar yüksəlib. Buna səbəb “Tesla” şirkətinin səhmlərinin qiymətlərinin artması olub.

İndi o, siyahıda Uorren Baffet, Betankur Mayers, Larri Ellison, Mukeş Ambani, Sergey Brin kimi şəxsləri qabaqlayaraq yeddinci pillənin sahibi olub.