Üzünü kartonla örtüb oğurluq etdi – VİDEO

06:20 12-07-2020 491

Üzünə karton tutaraq oğurluq edən gənc barədə kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb. “Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Tver vilayətində baş verib.

Kadrlarda turizm firmasına girən gəncin telefonları, bir neçə xırda əşyanı və nə üçünsə bir bağlama qazlı su götürdüyü görünür. Maraqlıdır ki, o, sonuncunu götürmək üçün xeyli vaxt sərf edir. 

Məlumata görə, bu səbəbdən də nə üzünə tutduğu karton, nə də əyilə-əyilə gəzməyi  30 yaşlı gənci xilas edə bilməyib. Qonşular həmin müddətdə polisləri çağırmağa müvəffəq olublar.

Ofisin pəncərəsindən çıxarkən polislər onu qarşılayıb.

Gənc saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.