Quba RİH-i başçısının müavini və şöbə müdiri koronovirusa yoluxdu

12:40 12-07-2020 384

Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hər iki şəxs koronavirus xəstələrinin müalicəsi üçün ayrılan Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.