Karantin rejimi qaydalarını pozan 220 nəfər cərimələnib - VİDEO

10:20 13-07-2020 486

Mingəçevir şəhərinin küçə, prospekt və parkları boş qalıb. Sakinlərin daha çox toplaşdığı çayxanalar, alış-veriş məkanları bağlıdır.

Şəhərin giriş-çıxışlarında qurulan nəzarət postlarında polislər sürücü və sərnişinlərin icazələrinin olub-olmamasına nəzarət edir. Yoxlamalar zamanı həm piyada, həm də sürücülər arasında icazə almadan şəhərə çıxanlar aşkarlanıb. Onlardan bəziləri isə qaydaları pozaraq, sərnişin daşımağa cəhd göstərib.

Mingəçevir sakinlərinin əksəriyyəti karantin rejiminə ciddi əməl etməyin vacib olduğunu deyir. Artıq küçədə, avtomobillərdə maska taxmayanlara, demək olar ki, rast gəlinmir. 

Qeyd edək ki, şəhərdə sərt karantin rejimi tətbiq edilən səkkiz gün ərzində 220 qayda pozucusuna İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq edilib. Bir nəfər inzibati qaydada həbs edilib.

Daha ətraflı Baku TV-nin süjetində: