Əcnəbi həkimlərin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır

19:10 24-09-2018 11
loading...

Bir qrup həkimin Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.     

Bu barədə HerGun.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

“Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - deyə nazirlikdən bildirilib.