Toya getmişdi, maşın vurub öldürdü

00:00 20-07-2019 27

Tovuz rayonunda ölüm hadisəsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayondakı şadlıq evlərindən birinin yaxınlığında olub.

Toya gələn Qədirli kənd sakini 1976-cı il təvəllüdlü Həsənov Məhərrəm Həsən oğlu şadlıq evindən çıxarkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub.

Yaralı hadisə yerində ölüb.

Qəzanı törədən avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.

Hazırda Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.