Bakıda yol kənarında dayanan azyaşlını avtomobil vurub

02:20 14-07-2020 398

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi rayonunda, Birinci mədən ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev yolun kənarında dayanan zaman onu minik avtomobili vurub.

Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.