Koronavirus pandemiyasını həyatının ən gözəl hadisəsi adlandırdı

07:00 14-07-2020 448

“Reddit” istifadəçisi “forgive_my_brain” koronavirusu həyatında baş verən ən mükəmməl hadisə adlandırıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Məlumata görə, bu sözləri yazan gənc özünü həmişə çox eybəcər hesab etdiyini deyib. O, maska taxmağa başlayandan sonra daha özündən utanmadığını vurğulayıb.

“Eybəcər üzümə maska taxdığım üçün nə qədər xoşbəxt olduğumu sizə anlada bilmirəm. İnsanlar içində özümü heç vaxt olmadığı qədər əmin hiss edirəm. Mən hətta gözəl qızla salamlaşa, o isə mənim eybəcər üzümü görmədiyi üçün salamımı ala bilər”, - deyə, o yazıb.

Gənc bildirib ki, ömrünün sonuna qədər maska taxa bilər. Çünki onunla həyatı tamam dəyişib və daha gözəl olub.

Şərhlərdə bir çoxları məsələnin müəllifin gizlətdiyi üzündə deyil, maska taxarkən hiss etdiyi əminlikdə olduğunu bildirib.

“İnsanların özünə münasibəti onların cazibəsinə çox güclü təsir göstərir”, - deyə, istifadəçilərdən biri bildirib.

Bəziləri isə gəncə özünə çox qınaqla yanaşmamasını və özünü eybəcər hiss etməməsi barədə tövsiyələr veriblər.

“Eybəcərlik haqqında hər kəsin öz meyarları var və bu, həmişə xarici görünüşlə əlaqədar olmur”, - deyə, digər istifadəçi bildirib.