Azarkeşi olduğu klubun Super Liqaya vəsiqə qazanmasından vəcdə gəldi - VİDEO

07:40 14-07-2020 552

Türkiyə futbol çempionatının ikinci divizionunun 33-cü turu çərçivəsində “Hatayspor” klubu “Adanaspor” üzərində qazandığı qələbədən (2:1) sonra Super Liqaya vəsiqə qazanıb.

“HaberGlobal” məlumat verir ki, oyunun final fiti səslənəndən sonra “Hatayspor”un azarkeşləri Hatay şəhərinin küçələrində qələbəni bayram ediblər.

Klubunun uğurunu qeyd edən azarkeşlərdən biri isə xüsusi canfəşanlığı ilə operatorların diqqətini cəlb edib.