ABŞ-da 1 milyard dollarlıq kokain tutulub

06:27 19-06-2019 604

ABŞ-ın Filadelfiya şəhərinin limanında 16,5 tonn kokain daşıyan gəmi saxlanılıb.

Gazeta.ru xəbər verir ki, bu haqda Pensilvaniya ştatının şərq dairəsinin prokurorluğu bildirib.

Bu nəhəng partiyanın dəyəri 1 milyarddan çox olduğu bildirilir.

“Bu Pensilvaniya ştatının şərq dairəsi tarixində ən iri narkotik müsadirəsidir”, - deyə, prokurorloğun məlumatında deyilir.