Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

00:45 20-07-2019 21

Tovuzun Cırdaxan kəndi ərazisində yerləşən Əsrik dərəsindəki istirahət mərkəzlərindən birində faciə baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, Əsrikdə istirahət edən Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Səbuhi Mübariz oğlu yüksək qayadan yıxılıb.

Zərərçəkmiş təcili olaraq xəstəxanaya aparılıb.

Bədəninin bir neçə yerində qırıqlar olan yaralıya ilkin tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.