Azərbaycan - Ermənistan sərhədində döyüşlər davam edir - Oxu.Az cəbhədən xəbər verir

08:40 14-07-2020 467

Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir. 

HerGun.Az-ın Tovuza ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ötən gün gecədən etibarən artilleriya atəşlərinin səsləri eşidilib.  

Bölmələrimiz Ermənistanın təxribatına adekvat cavab veriblər. 

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.

Aqşin Kərimov