“Lotus” dünyanın ən güclü avtomobilini təqdim etdi - FOTO

01:18 20-07-2019 28

“Lotus” şirkəti 11 il sonra ilk yeni modelini təqdim edib.

“Vesti.ru” xəbər verir ki, “Lotus Evija” Britaniya markasının tarixi boyu ən güclü sportkarı olmaqla yanaşı, ilk tam elektromobili də sayılır.

Yeni kupe 4 elektrik mühərriki ilə təchiz edilib. Mühərriklər ümumi olaraq 2000 at gücü hasil edirlər. Hiperkarın dəqiq dinamik xarakteristikası barədə məlumat verilmir. Çünki avtomobil bütün sınaqlardan keçməyib.

“Lotus Evija”nın çəkisi 1680 kq-dır və yerindən 100 km/saat sürəti 3 saniyəyə yığır. Avtomobil üçün 300 km/saat sürəti yığmaq üçün 9 saniyə kifayət edir. Hiperkarın maksimal sürəti 320 km/saatdır.

Akkumulyatorlar 400 km məsafə qət etməyə imkan verir. Enerji qurğularını doldurmaq üçün isə 9 dəqiqə vaxt kifayət edir.

İlk modellər növbəti ilin əvvəlində satışa çıxarılacaq. Amma istehsalçı şirkət artıq sifarişləri qəbul edir. Sifariş üçün 250 min funt sterlinq depozit tələb edilir.

“Lotus Evija” almaq istəyənlər isə 1.7 milyon funt sterlinq ödəməli olacaqlar.

Şirkət tərəfindən 130 avtomobilin istehsalı planlaşdırılır.