Balet rəqqası ildırım vurması nəticəsində öldü

05:00 15-07-2020 502

Yakutiya Dövlət Opera və Balet Teatrının balet rəqqası Vasili Kirillin ildırım vurması nəticəsində ölüb.

Bu barədə teatrdakı mənbəyə istinadən “SakhaLife” məlumat yayıb.

Məlumata görə, hadisə yerinə təcili yardım maşınları gəlib. Ancaq zərərçəkmişi xəstəxanaya çatdırmaq mümkün olmayıb, rəqqas yolda keçinib.

Onun cəmi 23 yaşının olduğu vurğulanıb.