Arıqlamaq istəyənlər “fast-food”dan imtina etməyə bilərlər

07:40 15-07-2020 379

Arıqlamaq üçün pəhriz saxlayan, bununla belə bəzən qəlyanaltılardan imtina etməyi bacarmayanlar zərərli kalorili qidaları səhər saatlarında yeməlidirlər.

“Komsomolskaya pravda”nın məlumatına görə, bunu rusiyalı dietoloq Yelena Solomotina bildirib.

Onun sözlərinə görə, səhər orqanizmdə gedən maddələr mübadiləsi daha sürətli olur və gün ərzində artıq kalorilərin “yandırılması” üçün vaxt qalır.

Dietoloq bununla belə hamı üçün universal qaydalar toplusunun olmadığını açıqlayıb.

“Hər bir insan qidalanma məsələlərinə yaşını, metabolizminin sürətini və həyat tərzini nəzərə alaraq, fərdi şəkildə yanaşmalıdır”, - deyə, o bildirib.