Oxu.Az ön cəbhədə: Ağdam kəndində mülki sakinlər hədəfə alınıb - FOTO

12:40 15-07-2020 411

Ermənistan silahlı bölmələrinin iyulun 12-dən etibarən intensiv artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 65 yaşlı Minayə Qasımovanın evi ziyan görüb. 

HerGun.Az-ın cəbhə xəttinə ezam olunmuş müxbiri xəbər verir ki, M.Qasımovanın yaşadığı evin həyətinə mərmi düşüb.

Hadisə iyulun 14-də baş verib. 

Ev sakinləri deyir ki, iyulun 12-14 tarixlərində onların evləri və həyatları təhlükə altında olub. Bununla belə, onlar evlərini tərk etmək barədə düşünməyiblər.

Hazırda kənddə vəziyyət stabildir. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 

Aqşin Kərimov
FOTO: Ramil Zeynalov