Hövsanda dava: Bıçaqlanan var

04:36 20-07-2019 947

Suraxanı rayonunda 31 yaşlı kişi bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Qəhrəman oğlu tanıdığı şəxslə mübahisə edib.

Nəticədə o, bıçaqlanıb. Hər iki bud nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiyaya yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu