Tovuzun Ağdam kəndində hazırkı vəziyyət - FOTOREPORTAJ + VİDEO

15:40 15-07-2020 587

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqaməti üzrə cəbhə xəttində nisbi sakitlik müşahidə olunur.

HerGun.Az-ın cəbhəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda Ağdam, Dondar Quşçu, Əlibəyli kəndlərində həyat öz axarındadır. 

Ermənistanın intensiv artilleriya atəşlərinə ən çox məruz qalan Ağdam kəndində sakinlər gündəlik qayğıları ilə məşğuldurlar. 

Kimisi dükanında ərzaq məhsulları satır, kimisi domino oynayır, kimisi bulaqdan su götürür, kimisi at sürür.

“Azərişığ”ın işçisi isə zərər görən elektrik xətlərini bərpa edib.

Aqşin Kərimov
FOTO: Ramil Zeynalov