Rusiyanın tanınmış multiplikatoru, “Neznayka”nın “atası” vəfat edib - VİDEO

14:40 21-07-2020 730

Rusiyanın tanınmış multiplikatoru, rejissor Aleksandr Boqolyubov 86 yaşında vəfat edib.

360 TV-nin məlumatına görə, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib.

Qeyd edək ki, A.Boqolyubov bu ilin iyun ayında xəstəxanaya yerləşdirilmişdi. O, pnevmoniya diaqnozu ilə xəstəxanaya aparılsa da, həkimlər A.Boqolyubovun başqa xəstəlikdən əziyyət çəkdiyini bildirmişdilər.

Rejissorun ən yaddaqalan filmləri "Neznaykanın macəraları" və "Zümrüd şəhərinin sehirbazı" cizgi filmləridir.