"Sipark” rəhbərinin daha bir fırıldağı ifşa olundu: BU DƏFƏ TELEVİZİYALARI ALDATDI

12:10 30-03-2019 1259

Son illər "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir. Əsasən Akif Çovdarovun adamı kimi tanınan Seymur İsayev bu dəfə televiziyaları, prodakşları aldatmaqla yeniliyə "imza” atıb.

Məsələ burasındadır ki, "Sipark” şirkəti ilə "Baku Art Lab" şirkəti arasında anlaşma olur. Bu anlaşmaya əsasən "Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir.

Bu barədə məlumatı "Baku Art Lab" şirkətinin rəhbəri də təsdiq edib. Onun sözlərinə görə razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub:

"Biz müqavilə üçün müraciət etdik, dəfələrlə "Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər. Sadəcə mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər.

Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim. Bu zaman oranın əməkdaşları başqa söhbətlər eləməyə başladılar. Müqavilə yoxdur, reklam xoşumuza gəlmədi falan dedilər. Məhz bundan sonra reklamı televiziyadan mən çıxardım. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq. Əvvəla əgər razı deyildinsə niyə müqavilənin imzalanmasını uzadırdın?

Elə əvvəlcədən deyərdiniz istəmirik. İkincisi, əgər reklam reytinqi sizin xoşunuza gəlmirdisə niyə 9 həftə gözləmisiniz? 9 həftə ölkənin ən nüfuzlu kanalında reklamın getməsi elə-belə iş deyil. Burada müəyyən komanda işləyib, hamsı evlərinə, ailələrinə çörək aparırlar. Ayıbdır axı. Bəli, biz borc-xərc tapıb televiziyanın pulunu ödəmişik. Çünki bizdə kişi sözü hər şeydən üstündür. Bütün dediklərimi sübüt da edə bilərəm. Bizdə yazışmalar var, səslər var.”

7NEWS.az məsələ ilə bağlı "Sipark” şirkətinin mətbuat katibi İradə Nurəddinqızı ilə əlaqə saxladı. İ.Nurəddinqızı yeni təyin olunmasına baxmayaraq məsələ ilə bağlı məlumatlı olduğunu dedi. Təəssüf ki, o da "Sipark” əməkdaşlarının ədalətsiz mövqeyini müdafiə edərək müqavilənin olmadığını, yalnız 1 ayın ödənişinin mümkün olduğunu dedi.

Saytımız "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevlə bağlı geniş araşdırma aparıb. Aşağıdakı mövzularda araşdırmalar bitən kimi yazıları oxucularımıza təqdim edəcəyik.

1. "Sipark” tikinti şirkətinin rəhbəri Seymur İsayevi Akif Çovdarovla nə bağlayır?

2. "Sipark” şefinin qanunsuz mülklərinin siyahısı açıqlandı – SİYAHI

3. "Sipark” tikinti şirkətinin rəhbərinin şou-biznes sevdası: DAMLA, ŞƏBNƏM, YOXSA SEVDA?

4. Bakı yaşıllıqlarına qarşı ən çox "terror” edən şirkət hansıdır? - "Sipark” YÜZLƏRLƏ AĞACI QANUNSUZ KƏSİB

Mövzunu davam etdirəcəyik. 

Mənbə AFN.az