Kristofer Nolanın maraqla gözlənilən filminin bəxti açılmır - VİDEO

04:40 22-07-2020 610

“Warner Bros.” şirkəti Kristofer Nolanın yeni “Tenet” filminin premyerasını yenidən təxirə salıb.

Bu barədə “Variety” xəbər yayıb.

Məlumata görə, qərara səbəb kimi koronavirus pandemiyası göstərilib.

“Tenet”in premyerası iyulun 17-də baş tutmalı idi, amma sonra tarix iki dəfə (31 iyul, 12 avqust) dəyişdi.

İndi də “Warner Bros.” Nolanın yeni filminin premyerasını qeyri-müəyyən müddətə təxirə salıb.

“Yaxın gələcəkdə “Tenet” üçün premyeranın yeni tarixini yayımlayacağıq”, - deyə, “Warner Bros.”un sədri Tobi Emmerixin bildirib.

Qeyd edək ki, K.Nolanın dünyanı xilas etmək istəyən gizli agent haqqında çəkdiyi casus trillerində baş rolları Robert Pattinson və Con David Vaşinqton oynayırlar.