Azərbaycanlılar Moldovanın paytaxtında Ermənistan səfirliyinin qarşısında aksiya keçirib - VİDEO

15:20 22-07-2020 571

Kişinyovda Azərbaycan icmasının onlarla nümayəndəsi Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycan-Ermənistan sərhədində münaqişənin eskalasiyası ilə əlaqədar narazılıqlarını bildiriblər.

Bu barədə Publika.md xəbər yayıb.

Saytın məlumatına görə, aksiya zamanı vəziyyət gərginləşib, bina karabinerlər tərəfindən mühasirəyə alınıb.

Bir müddət sonra etirazçılar ATƏT-in missiyasının binasına tərəf yollanıblar. 

Aksiyaçıların son təyinat yeri isə Ştefan çel Mare abidəsinin yerləşdiyi meydan olub.