Braziliya prezidentinin üçüncü COVID-19 testi də müsbət çıxdı

17:20 22-07-2020 468

Koronavirusa yoluxan Braziliya Prezidenti Jair Bolsonaronun üçüncü koronavirus testi də müsbət nəticə göstərib.

“Anadolu” agentliyi bu barədə Braziliya Prezident Sarayının açıqlamasına istinadla xəbər verir.

Ölkə prezidentinin səhhətinin yaxşı olduğu qeyd edilir.

İyulun 7-də onda koronavirus aşkarlanandan sonra prezident iqamətgahı olan Alvorada Sarayında karantində olan J.Bolsonaro zəif simptomları üçün istifadə etdiyi malyariya dərmanı hidroksixloroxinin sayəsində dərhal sağalmağa başladığını bildirmişdi.