Qadından gözlənilməz tələb: Keçi atalıq testindən keçməlidir

08:00 23-07-2020 559

ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib. Belə ki, yerli sakinlərdən biri keçi üçün atalıq testi tələb edib.

Bu barədə “Mandatory” xəbər yayıb.

Bildirilir ki, qadın qonşusundan hər biri 900 dollara (1 530 AZN) beş oğlaq alıb. Sonradan “zərərçəkən” şəxs aldığı heyvanların müqavilədə göstərildiyi cinsə mənsub olmadığından şübhələnib.

Bu səbəbdən qadın keçinin “American Dairy Goat Association”da qeydiyyatda olmasından əminlik üçün oğlaqların atası sayılan keçinin atalıq testindən keçirilməsini istəyib.

“Zərərçəkən”in bir neçə dəfə polisə şikayət etdiyi də bildirilir.

Qeyd olunur ki, sözügedən assosiasiyada qeydiyyatda olan keçilər digərlərinə nisbətən xeyli baha satılır.