Zidan Poqbanın transferindən danışdı

19:00 20-07-2019 1270

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinedin Zidan İngiltərənin “Mançester Yunayted” klubunun oyunçusu Pol Poqba ilə maraqlanır.

Bu barədə AS məlumat yayıb.

“Avqustun 31-dək hələ vaxt var. Təfərrüatı açıqlaya bilmirəm, amma “Real”ın Poqba üçün bir planı var”, - 47 yaşlı mütəxəssis bildirib.

Z.Zidan Poqba ilə marandığını dəfələrlə dilə gətirib.

İyun ayında “Marca” nəşr 26 yaşlı Poqbanın Madrid “Real”ına keçmək arzusunda olduğunu yazıb. Ancaq “Mançester Yunayted” bu transferə qarşıdır.