Tovuzda gənc oğlan dönərdən zəhərləndi

22:54 20-07-2019 1374

Tovuz sakini qidadan zəhərlənib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Niyaməddin Fazil oğlu Cavadzadə dönər yedikdən sonra özünü pis hiss edib. 

O, dərhal Tovuz rayon xəstəxanasına aparılıb. Həkimlər dönərdən zəhərlənən gəncin vəziyyətinin kafi olduğunu bildiriblər. 

Nazir Quliyev