Nil Armstronqun Ayda çəkilən fotoları 50 ildən sonra üzə çıxdı - FOTO

23:27 20-07-2019 1115

50 ildən sonra “Apollo 11” missiyasına aid Nil Armstronqun Aya enişi əsnasında çəkilən və üzünün göründüyü fotolar mətbuata sızdırılıb. 

HerGun.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, fotolar peşəkar fotoqraf əsəri deyil. Çünki Aya eniş zamanı üç kosmonavtdan başqa foto çəkə biləcək heç kəs olmayıb. Nilin isə Aya ilk enişi zamanı çox az sayda dəqiq fotosu var. Çünki fotoları kosmonavtın özü lentə alıb.

Armstronqun Ayda gəzintisi zamanı ilk dəqiq görüntüsü həvəskar ingilis fotoqraf tərəfindən üzə çıxarılıb. 45 yaşlı Endi Saunders NASA tərəfindən yayımlanan üç vdeo çarxda Nil Armstronqun göründüyünün fərqinə varıb.