Almaniyada təyyarə supermarketə çırpıldı: Ölənlər var

23:45 20-07-2019 1316

Almaniyanın Baden-Bürtemberq federal ərazisində kiçik təyyarə qəzaya uğrayıb. 

Bild” nəşri xəbər verir ki, qəza zamanı təyyarə supermarketə çırpılıb. 

Hadisə nəticəsində təyyarədə olan üç nəfər ölüb. 

Məlumdur ki, supermarketin yaxınlığında eniş zolağı yerləşir. Qəzanın səbəbləri məlum deyil.