Ən qədim peşələrdən olan oymaçılıq Bərdədə yaşadılır - VİDEO

02:09 21-07-2019 1503

Bərdədə sandığı, mücrünü, nərdi oyma üsulu ilə istehsal edəcək xüsusi emalatxana yaradılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Zaur və Rauf qardaşları Təzə Bazar deyilən ticarət mərkəzində oyma sənətinə aid məişət əşyaları və suvenirlər hazırlamaq üçün emalatxana qurublar.

Emalatxanada ilk olaraq sandıqlar istehsal edilib. Nərd, mücrü, ov silahı üçün futlyar, suvenir bıçaqlar üçün qabların eskizini hazırlayıblar.

Zaur ustanın sözlərinə görə, milli-mənəvi dəyərlərimizdən sayılan bu sənətin məhsullarına tələbat həmişə var:

“Mələsən, sandıq hələ qədim zamanlardan indiyə qədər əvəzolunmaz cehiz atributu olaraq qalır. Artıq pulunu ödəyib, sandıq sifariş verən xeyli sayda müştərilərimiz var”.

Ustanın ən böyük arzusu Bərdə şəhərini oyma sənəti ilə tanıtmaqdır.